Avropa İttifaqı və Yaponiya iri azad ticarət zonası yaradır

Avropa İttifaqı və Yaponiya iri azad ticarət zonası yaradır Bakı. 8 dekabr. REPORT.AZ/ Avropa Komissiyası (AK) və Yaponiya azad ticarətə dair ikitərəfli razılaşmanın yekun variantını müəyyən ediblər.
Biznes
8 Dekabr , 2017 19:32
Avropa İttifaqı və Yaponiya iri azad ticarət zonası yaradır

Bakı. 8 dekabr. REPORT.AZ/ Avropa Komissiyası (AK) və Yaponiya azad ticarətə dair ikitərəfli razılaşmanın yekun variantını müəyyən ediblər.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə AK-nın ticarət üzrə üzvü Sesiliya Malmstryom Brüsseldə (Belçika) keçirdiyi mətbuat konfransında məlumat verib.

“Bu, faktiki olaraq, bizim imzaladığımız ən böyük müqavilədir”, - deyə o qeyd edib.

Sənədə əsasən, dünyada azad ticarətə dair ən böyük zona yaradılacaq. Qlobal ümumi daxili məhsulun (ÜDM), təxminən, 30%-ni təmin edən ölkələr mövcud gömrük tariflərinin 99%-ni ləğv edəcəklər.

Yaponiya “Böyük Yeddilik” ölkələri arasında Kanadadan sonra vahid Avropa ilə məlum razılıq əldə etmiş 2-ci ölkədir.

“Bu, bütün dünyaya açıq siqnaldır ki, Artopa İttifaqı (Aİ) və Yaponiya qlobal iqtisadiyyatı aydın və şəffa qaydalarla, azad, açıq və ədalətli yolla qorumağa çalışırlar. Razılaşma bizim dəyərlərimizə və məqsədimizə tam uyğundur, proteksionizmlə mübarizə aparmağa imkan verir”, - deyə AK-nın rəhbəri Jan-Klod Yunker və Yaponiyanın baş naziri Sindzo Abenin birgə bəyanatında bildirilir.

Bununla belə, ABŞ-ın nüfuzlu “Politico” nəşri yazır ki, gurultulu bəyanatlara baxmayaraq, tərəflər investisiyaların qorunması məsələsində razılığa gəlməyiblər və bununla bağlı danışıqlar yeni ildə davam etdiriləcək.

“Biz razılıga gəldik, amma gələcək addımları müəyyən etmək üçün bir qədər də zamana ehtiyacımız var”, - deyə S.Malmstryom bildirib.

Hazırda Aİ mübahisələrin tənzimlənməsi üçün yeni investisiya məhkəmələri sisteminin (ICS) tətbiqini tələb edir, Yaponiya isə investor və dövlət arasında mübahisələrin tənzimlənməsinə dair ənənəvi sxemə (ISDS) üstünlük verir. Bu mexanizm o vaxt işləyir ki, xarici dövlət investorun əmlakını milliləşdirir, beynəlxalq ticarət razılaşmalarına ziddi qanunlar qəbul edir və yaxud şirkətə qarşı qərəzli davranır. 

Son xəbərlər

Orphus sistemi