Avropa İttifaqı “Siemens” və “Alstom”un birləşməsinə razı deyil

Avropa İttifaqı “Siemens” və “Alstom”un birləşməsinə razı deyil Bakı. 6 fevral. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) Almaniyanın “Siemens” və Fransanın “Alstom” şirkətlərinin dəmir yolu vasitələri istehsal edən bölmələrinin birləşməsinə rədd cavabı verib.
Biznes
6 Fevral , 2019 17:01
Avropa İttifaqı “Siemens” və “Alstom”un birləşməsinə razı deyil

Bakı. 6 fevral. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) Almaniyanın “Siemens” və Fransanın “Alstom” şirkətlərinin dəmir yolu vasitələri istehsal edən bölmələrinin birləşməsinə rədd cavabı verib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Aİ-nin rəqabət komissarı Marqret Vestager məlumat verib.

O, iki şirkətin birləşməsi ilə dəmir yolu avadanlığının və yüksək sürətli qatarların bahalaşacağını, innovasiya tətbiqinin azalacağını qeyd edib.

“Şirkətlərin birləşməsi rəqabətlə bağlı ciddi problemlərə səbəb olacaq”, - deyən komissar bu səpgidə narahatlığı aradan qaldıracaq təkliflərin şirkətlər tərəfindən irəli sürülmədiyini diqqətə çatdırıb.

Qeyd edək ki, “Siemens” və “Alstom” 2017-ci ilin sentyabr ayında öz dəmir yolu qurumlarını birləşdirəcəklərini açıqlamışdılar. Yeni qurumun illik dövriyyəsinin 15,3 milyard avro təşkil edə biləcəyi barədə proqnozlar verilirdi.

Son xəbərlər

Orphus sistemi