Yuxarı
    Bağlamaq

    Avropa İttifaqı "ASAN Xidmət"in təcrübəsini öyrənəcək

    Malena Mard: Azərbaycanın ticarət əlaqələrinin təxminən 50%-i Avropa İttifaqı ölkələri ilədir

    Bakı. 16 noyabr. REPORT.AZ/ "Avropa İttifaqı "ASAN Xidmət"in təcrübəsini öyrənməyə çalışacaq". 

    "Report" xəbər verir ki, bunu Bakıda keçirilən "Infrastructure, Power & Renewable Energy Investment Conference"də çıxış edən Aİ-nin Azərbaycan üzrə rəhbəri Malena Mard deyib.

    M.Mard, həmçinin Azərbaycanın Aİ üçün strateji tərəfdaş olduğunu da qeyd edib: "Avropa İttifaqının Azərbaycanla strateji əməkdaşlığı var və bu, stabil olaraq inkişaf edir. Onu da qeyd edim ki, Azərbaycanın ticarət əlaqələrinin təxminən 50%-i Avropa İttifaqı ölkələri ilədir".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi