Yuxarı

“Audi” Çindəki müəssisəsini yenidən işə saldı

“Audi” Çindəki müəssisəsini yenidən işə saldı

154

“Audi” şirkəti Çinin Cilin əyalətinin paytaxtı Çanqçun şəhərində yerləşən müəssisəsini koronavirusun yayılması səbəbindən bir müddət dayandırdıqdan sonra ötən gün yenidən işə salıb.

“Report” “Automobilwoche”yə istinadən xəbər verir ki, bu barədə şirkətin Marketinq şöbəsinin rəhbəri Hildeqard Vortmann bildirib. 

O, koronavirusun törətdiyi böhranın hələlik aradan qalxmadığını da vurğulayıb.

Xatırladaq ki, Leyşenşan xəstəxanasının rəhbəri Vanq Sinqhuan fevralın 17-də koronavirusun episentri olan Uhan şəhərində yoluxma hallarının getdikcə azaldığını bildirib. Eyni zamanda fevralın 18-i səhərə olan rəsmi məlumata görə, 12,5 min nəfərin sağalaraq evə buraxıldığı vurğulanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi