"Audi Bakı Mərkəzi" yeni endirim kampaniyasına başlayıb

"Audi Bakı Mərkəzi" yeni endirim kampaniyasına başlayıb Endirim avtosalonlarda olan komplektasiyalara şamil olunur
Biznes
30 İyul , 2015 15:41
Audi Bakı Mərkəzi yeni endirim kampaniyasına başlayıb

Bakı. 30 iyul. REPORT.AZ/ "Audi Bakı Mərkəzi"ndə yay mövsümü ilə əlaqədar bir sıra avtomobil modellərinə endirim kampaniyasına başlanılıb. Şirkətdən “Report”a verilən məlumata görə, “Audi”nin A4 və A5 modellərini avtosalonlardan komplektasiyadan asılı olaraq endirimlə əldə etmək mümkündür.

A4 modelinin avtosalonlarda olan 36 500 manatlıq komplektasiyasına 2 000 manat, 53 500 manata olan A5 modelinə isə 4 000 manat endirim edilir.

Qeyd edək ki, bu modellərin sifarişli variantlarına endirim olunmur, kampaniya yalnız avtosalonlarda olan avtomobillərə aiddir. 

Son xəbərlər

Orphus sistemi