Yuxarı

Astarada sahibkarlardan prioritet sahələr üzrə investisiya layihələrinin qəbulu başlayıb

Maliyyə vəsaiti əsasən aqrar sahələr üçün nəzərdə tutulub

Bakı. 12 may. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Astara rayonunda işgüzar forum keçirib. 

Nazirlikdən "Report"a daxil olan məlumata görə, sahibkarlardan bir neçə istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Bunlar ixtisaslaşdırılmış “yaşıl market”, cins heyvandarlıq, çayçılıq, istixana, arıçılıq (o cümlədən sənaye üsulu ilə bal istehsalı) və bağçılıq təsərrüfatlarının və meyvə emalı müəssisəsinin yaradılmasıdır.

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna (Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172) müraciət edə bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi