“Astara Çay-1”-in seçkili orqanları yenidən formalaşdırılacaq

“Astara Çay-1”-in seçkili orqanları yenidən formalaşdırılacaq Müəssisənin səhmdarlarının yığıncağı çağırılıb
Biznes
2 May , 2017 10:01
“Astara Çay-1”-in seçkili orqanları yenidən formalaşdırılacaq

Bakı. 2 may. REPORT.AZ/ İyunun 19-da, saat 10:30-da “Astara Çay-1” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Məlumatda deyilir ki, yığıncaq müəssisənin yerləşdiyi Astara rayonunun Kijəbə qəsəbəsində olacaq.

Yığıncağın gündəliyinə Cəmiyyətin 2016-cı ildəki maliyyə balansının təsdiq edilməsi, seçkili orqanlarının yenidən formalaşdırılması və digər məsələlər daxildir.

Xatırladaq ki, “Astara Çay-1” 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 165895 manatdır. 

Son xəbərlər

Orphus sistemi