Yuxarı

Astanada I Asiya Biznes Sammiti keçiriləcək

Azərbaycan sahibkarları da tədbirə dəvət olunur

Bakı.19 sentyabr. Report.AZ/ Noyabrın 6-7-də Astana şəhərində (Qazaxıstan) “Böyük İpək Yolunun dirçəlişi” adlı pərakəndə satış və istehlak mallarının distribusiyası üzrə I Asiya Biznes Sammiti keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) "Report"a verilən məlumata görə, tədbirdə MDB ölkələri, Çin, Türkiyə və digər ölkələrdən təxminən 5 min nümayəndənin iştirak edəcəyi gözlənilir. Sammitdə pərakəndə satış şəbəkələri, istehsalçı, idxalçı, logistika və digər sahələri təmsil edən şirkətlərin rəhbərlərinin iştirakı planlaşdırılır.

Tədbirin təşkilatçıları qismində Qazaxıstan Milli Sahibkarlar Palatası və “B2B Conference Group” təşkilatı çıxış edir.

Qeyd edək ki, Azərbaycan sahibkarları da sammitə dəvət olunur və iştirakda maraqlı olan şəxslər Azpromo-ya müraciət əldə edə bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi