ASK və KOBİA arasında Anlaşma Memorandumu imzalanıb

ASK və KOBİA arasında Anlaşma Memorandumu imzalanıb Bakı. 2 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBIA) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Biznes
2 Noyabr , 2018 11:09
ASK və KOBİA arasında Anlaşma Memorandumu imzalanıb
Report/ Elchin Murad
0 : 00
0 : 00

Bakı. 2 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBIA) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

“Report”un məlumatına görə, sənədə bu gün Bakıda keçirilən Qara Dəniz Regionunda Orta və Kiçik Sahibkarlığını inkişafına həsr olunmuş biznes-forumda imza atılıb.

Sənədi ASK-nın prezidenti Məmməd Musayev və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov imzalayıblar.

Bundan başqa, ASK Rumıniyanın Ticarət və Sənaye Palatası (Palata) ilə də oxşar sənədə imza atıb. Bu Anlaşma Memorandumunu isə M.Musayev və Palatanın Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Vilci Qoaqa imzalayıblar. 

Son xəbərlər

Orphus sistemi