ASK-nın rəhbərliyi yenidən formalaşdırılacaq

ASK-nın rəhbərliyi yenidən formalaşdırılacaq Qurum növbəti qurultaya hazırlaşır
Biznes
17 May , 2017 13:54
ASK-nın rəhbərliyi yenidən formalaşdırılacaq

Bakı. 17 may. REPORT.AZ/ Yaxın aylarda Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) V qurultayı keçiriləcək.

“Report”un məlumatına görə, qurultayda ASK-nın 2013-2017-ci illərdəki fəaliyyəti ilə bağlı hesabatın dinlənilməsi nəzərdə tutulur.

Bundan başqa, tədbirdə qurumun növbəti 4 il müddətinə prezidenti və vitse-prezidenti seçiləcək, İdarə və Rəyasət Heyətlərinin, Təftiş-Nəzarət Komissiyasının tərkibi yenidən formalaşdırılacaq.

Xatırladaq ki, 2013-cü ildə baş tutmuş IV qurultayda konferedasiyaya rəhbərlik “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatının İdarə Heyətinin sədri Məmməd Musayevə həvalə edilib. 

Son xəbərlər

Orphus sistemi