Yuxarı
    Bağlamaq

    ASK: Bütün qeyri-dövlət müəssisələrində qeyri-formal məşğulluq mövcuddur

    © Report — ASK vitse-prezidenti Vüqar Zeynalov

    Bakı. 21 noyabr. REPORT.AZ/ "Bu gün Azərbaycanda dövlət müəssisələrini çıxmaq şərtilə demək olar ki, bütün qeyri-dövlət müəssisələrində qeyri-formal məşğulluq mövcuddur." 

    "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) vitse-prezidenti Vüqar Zeynalov deyib.

    Onun sözlərinə görə, qeyri-formal məşğulluqda heç də həmişə sahibkar təqsirkar deyil: "Burada bəzi çətinliklər mövcuddur. Bəzi işlər var ki, birgünlükdür. İşçi gəlir, işini görür və çıxıb gedir. Onunla əmək müqaviləsi bağlamaq, sosial müdafiə kartı almaq, onu qeydiyyatdan keçirib əmək kitabçası açmaq qeyri-mümkündür. Amma monitorinqlər aparılıb və buna qarşı tədbirlər də görülür".

    ASK rəsmisi əlavə edib ki, belə problemlər daha çox ailə təsərrüfatlarında mövcuddur: "Pay torpaqları olan insanlar ikili yanaşmanın olduğu insanlardır. Bizdə hesab olunur ki, torpaqları olan insanların artıq iş yeri var. Onlardan böyük əksəriyyəti isə həmin torpaqları icarəyə verib və iş axtarır".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi