ARDNF keçirdiyi daha bir tenderin 4 lot üzrə davamından imtina edib

ARDNF keçirdiyi daha bir tenderin 4 lot üzrə davamından imtina edib Buna səbəb iddiaçıların sayının 3-dən az olmasıdır
Biznes
15 Fevral , 2017 09:20
ARDNF keçirdiyi daha bir tenderin 4 lot üzrə davamından imtina edib

Bakı. 15 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondu malların (işlərin, xidmətlərin) satın alınması məqsədilə ötən il dekabrın 29-da və bu il yanvarın 11-də elan etdiyi tenderin 4 lot üzrə davamından imtina edib.

“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Məlumatda deyilir ki, 9 lotdan ibarət açıq tenderdə xırda avadanlıqların (qulaqcıqlar, yaddaş kartları, müxtəlif növ batareyalar və s.) satın alınması (lot-2), fiziki təhlükəsizliklə bağlı avadanlıqların (əleyhqazlar, fənərlər, dozimetrlər, detektorlar və s.) satın alınması (lot-4), şəbəkə hücumlarını aşkarlama və mühafizə sistemi üzrə texniki xidmətin satın alınması (lot-6), dəyişikliklərin idarə olunması və təhlükəsizlik hadisələrinin monitorinqi üzrə texniki xidmətin satın alınması (lot-7) üçün təklif vermiş iddiaçıların sayı 3-dən az olduğundan “Dövlət satınalmaları haqqında” qanuna əsasən bu lotlar üzrə tenderin davamından imtina olunub. 

Son xəbərlər

Orphus sistemi