9 ayda “Araz” Azad İqtisadi Zonasından 16 min ton istixana məhsulu ixrac edilib

9 ayda “Araz” Azad İqtisadi Zonasından 16 min ton istixana məhsulu ixrac edilib Araz çayının sahilində, İranın Naxçıvan MR ilə sərhədindəki Qərbi Azərbaycan vilayətində yerləşən “Araz” Azad İqtisadi Zonasında həcri təqviminin (21 mart- 21 mart) 9 ayı ərzində 15,5 min ton istixana məhsulu ixrac edilib.
Biznes
16 Yanvar , 2020 18:13
9 ayda “Araz” Azad İqtisadi Zonasından 16 min ton istixana məhsulu ixrac edilib

Araz çayının sahilində, İranın Naxçıvan MR ilə sərhədindəki Qərbi Azərbaycan vilayətində yerləşən “Araz” Azad İqtisadi Zonasında həcri təqviminin (21 mart- 21 mart) 9 ayı ərzində  15,5 min ton istixana məhsulu ixrac edilib.

“Report” İran mətbuatına istinadən xəbər verir ki, həmin məhsulun ümumi dəyəri 31 milyon ABŞ dolları təşkil edib. 

Bu barədə “Araz” Azad İqtisadi Zonasının Baş direktoru Mphsen Nəriman bildirib. Onun sözlərinə görə, ötən ilin 9 ayı ərzində 106 hektar istixana ərazilərində 18 min ton istixana məhsulları istehsal edilib. Daha əvvəlki ildə isə (mart 2018-19) ümumi istehsal gücü 15 min ton olub.

“Araz” Azad İqtisadi Zonası 250 hektar istixana ərasizindən ibarətdir. Zona İranın MDB ölkələrinə çıxışı üçün əsas qapı sayılır. 2019-cu ilin may ayında Zonanın ərazisində ümumi uzunluğu 204 kilometr olan dəmir yolunun inşası və istismarı ilə bağlı İran-Avropa konsorsiumu arasında saziş imzalanıb. Bu sazişin ümumi dəyəri 700 milyon avro təşkil edir. Belə ki, bu qapalı dəmir yolu İran və MDB ölkələri ərazilərini Azərbaycan ərazisindən keçməklə birləşdirir. Dəmir yolu xəttinin inşasının 5 ildən sonra yekunlaşdırılması planlaşdırılır. 

Son xəbərlər

Orphus sistemi