Yuxarı
    Bağlamaq

    "Apple" şirkəti ABŞ-da iş yerlərinin açılmasına 1 mlrd. dollar xərcləyəcək

    Bunun üçün şirkət xüsusi fond yaradıb

    Bakı. 4 may. REPORT.AZ/ "Apple" şirkəti ABŞ-da iş yerlərinin artırılması üçün 1 mlrd. dollar sərmayə qoyacaq.

    "Report"un CNBC- yə istinadən verdiyi məlumata görə, bu məqsədlə korporasiya xüsusi fond yaradıb.

    Şirkətin rəhbəri Tim Kuk bildirib ki, şirkət ilk sərmayəsini may ayında reallaşdıracaq: "Əksəriyyət məndən soruşur ki, iş yerlərinin yaradılması şirkətin öhdəliklərinə daxildirmi. Mən isə cavab verirəm ki, şirkətin dəyərləri olmalıdır. Çünki şirkət - insanların toplusudur."

    "Associated Press" yazır ki, fondun yaradılmasına səbəb "Apple"ın məhsullarının böyük hissəsinin ABŞ-dan kənarda yığılmasına dair şirkətin ünvanına səslənən tənqidlər ola bilər.

    Xatırladaq ki, bu il yanvarın ortasında yayılan xəbərlərə görə, Prezident Donald Tramp "Alibaba" iri internet ticarət -meydançasının rəhbəri Cek Ma ilə görüşüb. Görüş zamanı Çin şirkətinin Amerika bazarında genişlənməsi və ölkədə 1 mln. iş yerlərinin açılması müzakirə edilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi