Antiinhisar Xidməti istehlakçılara müraciət edib

Antiinhisar Xidməti istehlakçılara müraciət edib Qurum mal alarkən diqqətli olmağı, onların istehsal və son istifadə tarixlərinə baxmağı tövsiyə edib
Biznes
6 İyul , 2017 17:08
Antiinhisar Xidməti istehlakçılara müraciət edib

Bakı. 6 iyul. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara müraciət edib. “Report” xəbər verir ki, qurum mal alarkən diqqətli olmağı, onların istehsal və son istifadə tarixlərinə, malın ticarət müəssisəsində saxlanılması şəraitinin onun etiketində göstərilən tələblərə uyğun olmasına, malın etiketində istehsalçının adı və ünvanı barədə dolğun məlumatın olub-olmamasına xüsusi diqqət yetirməyi tövsiyə edir.

İstehlakçılardan saxlama müddəti ötmüş malların satışı, malların saxlanılması şəraitinə əməl olunmaması, ümumilikdə ticarət qaydalarının pozulması halları ilə rastlaşdıqda 195-2 Çağrı Mərkəzi, www.economy.gov.az internet saytı və “Facebook” səhifəsi vasitəsi ilə İqtisadiyyat Nazirliyinə, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla və www.consumer.gov.az internet saytı vasitəsilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur. 

Son xəbərlər

Orphus sistemi