Bakı. 31 oktyabr. REPORT.AZ/ Milli Qənnadıçılar Assosiasiyasının proqnozlarına əsasən, amerikalılar bu gün keçiriləcək "Cadular Bayramı" (Hallowen) üçün şirniyyatlara 2,6 mlrd. dollar xərcləyəcək. Ötən il isə bu göstərici 2,5 mlrd. dollar təşkil edib. Bu, həmin məhsulların satış həcminin illik müqayisədə 4% artması deməkdir.
"Report"un xarici mətbuata istinadən verdiyi xəbərə görə, ABŞ-da bu bayramın keçirilməsi üçün ümumi xərclərin 6,9 mlrd. dollar təşkil edəcəyi gözlənilir.
Deyilənə görə, amerikalılar bu il bayram üçün şirniyyatlara daha çox xərc çəkməli olacaqlar. Belə ki, ABŞ Əmək Nazirliyinin hesablamalarına əsasən, şiniyyatların qiymət indeksi 12 ayda 5,7% artıb. Buna baxmayaraq, cəmi istehlak malları indeksi bu müddətdə dəyişməz qalıb.