"​AmCham" vergi islahatları ilə bağlı prezidentin son sərəncamında palatanın təkliflərinin əksini tapdığını açıqlayıb

"​AmCham" vergi islahatları ilə bağlı prezidentin son sərəncamında palatanın təkliflərinin əksini tapdığını açıqlayıb “AmCham” hesab edir ki, bu, digər mühüm məsələlərlə yanaşı ölkədə biznes mühitinin daha da yaxşılaşmasına xidmət edəcək
Biznes
10 Avqust , 2016 15:08
​AmCham vergi islahatları ilə bağlı prezidentin son sərəncamında palatanın təkliflərinin əksini tapdığını açıqlayıb

Bakı. 10 avqust. REPORT.AZ/ Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) Azərbaycan Prezidenti İlham Əliyevin 4 avqust 2016-cı il tarixində imzaladığı “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında sərəncamı alqışlayır. “Report” xəbər verir ki, bunu Azərbaycanda “AmCham”ın icraçı direktoru Natəvan Məmmədova qanunvericilikdə ediləcək dəyişiklikləri yüksək qiymətləndirərək bildirib: “Sevindiricidir ki, Palatamız tərəfindən hökumətə vergi inzibatçılığının təkmilləşdirilməsi və ölkədə biznes mühitinin yaxşılaşdırılmasına dair cari ilin əvvəlində təqdim edilən təkliflərin əksəriyyəti sözügedən sərəncamda öz əksini tapıb”.

“AmCham” hesab edir ki, digər mühüm məsələlərlə yanaşı, sərəncamda vergi inzibatçılığı prosedurlarının yüngülləşdirilməsi və vergi yükünün azaldılması, “vergi öhdəliklərinin hüquqi nəticələr doğurmazdan əvvəl vergi orqanları ilə razılaşdırılması” (“Advance tax ruling”) qaydasının müəyyən edilməsi, kameral vergi yoxlamalarının vergi bəyannamələri təqdim edildikdən sonra növbəti 30 gün müddətində həyata keçirilməsi və bu müddət başa çatdıqda həmin vergi öhdəliklərinin hüquqi bəyannamələr üzrə kameral vergi yoxlamalarının qadağan olunması, “Könüllü vergi açıqlaması” (“Voluntary tax disclosure”) sisteminin tətbiqi və təşviqi mexanizminin hazırlanması, Azərbaycanla digər dövlətlər arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair beynəlxalq sazişlərin inzibatçılığı qaydalarının sadələşdirilməsi kimi qeyd olunmuş müddəalar olduqca vacibdir və ölkədə biznes mühitinin daha da yaxşılaşmasına xidmət edəcək.

Qeyd edək ki, “AmCham” Azərbaycanda üzv şirkətlərin biznes maraqlarının inkişaf etdirilməsi, onlara lazımi xidmətlərin göstərilməsi və Azərbaycanda biznes mühitinin yaxşılaşması məqsədi ilə 1996-cı ildən etibarən fəaliyyət göstərir. 

Son xəbərlər

Orphus sistemi