"AmCham" və Azərbaycan Beynəlxalq Arbitraj Məhkəməsi arasında memorandum imzalanıb

"AmCham" və Azərbaycan Beynəlxalq Arbitraj Məhkəməsi arasında memorandum imzalanıb Sənədi "AmCham"ın icraçı direktoru Natəvan Məmmədova və Arbitraj Məhkəməsi İdarə Heyətinin sədri Gündüz Kərimov imzalayıblar
Biznes
30 Sentyabr , 2016 10:38
AmCham və Azərbaycan Beynəlxalq Arbitraj Məhkəməsi arasında memorandum imzalanıb

Bakı. 30 sentyabr. REPORT.AZ/ Bu gün Bakıda "Beynəlxalq Arbitraj Azərbaycana xarici investisiyaların təşviqi vasitəsi kimi" adlı tədbir keçirilib. "Report" xəbər verir ki, tədbirin əsas təşkilatçıları Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) və Azərbaycan Beynəlxalq Arbitraj Məhkəməsidir. 

Tədbiri giriş sözü ilə Azərbaycan Beynəlxalq Arbitraj Məhkəməsi İdarə Heyətinin sədri Gündüz Kərimov açıb. G.Kərimov deyib ki, "AmCham" üzvləri bir sıra mübahisələrdə Arbitraj Məhkəməsinin imkanlarından istifadə edəcəklər.

Daha sonra "AmCham" və Azərbaycan Beynəlxalq Arbitraj Məhkəməsi arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Sənədi "AmCham"ın icraçı direktoru Natəvan Məmmədova və G.Kərimov imzalayıblar.

Son xəbərlər

Orphus sistemi