"AmCham"ın üzvləri üçün Azərbaycan sərhədində "yaşıl koridor" açılacaq

"AmCham"ın üzvləri üçün Azərbaycan sərhədində "yaşıl koridor" açılacaq Azərbaycan Dövlət Gömrük Komitəsi ilə "AmCham" arasında anlaşma memorandumu imzalanıb
Biznes
1 Dekabr , 2016 10:54
AmChamın üzvləri üçün Azərbaycan sərhədində yaşıl koridor açılacaq

Bakı. 1 dekabr. REPORT.AZ/ Bu gün Bakıda keçirilən biznes-forum çərçivəsində Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) ilə "AmCham" arasında anlaşma memorandumu imzalanıb. "Report" xəbər verir ki, memorandumu DGK tərəfindən qurumun sədri Aydın Əliyev, "AmCham" tərəfindən isə Palatanın prezidenti İlqar Vəliyev imzalayıblar.

Memorandum Palataya üzv olan şirkətlər üçün sərhəd-gömrük məntəqələrində malların və nəqliyyat vasitələrinin daşınmasında "yaşıl koridor" və digər keçid sistemlərinin istifadəsi üzrə razılaşmanı əks etdirir.

Son xəbərlər

Orphus sistemi