AMB süd məhsullarının alınması üçün tender keçirir

AMB süd məhsullarının alınması üçün tender keçirir Təkliflər yanvarın 11-dək qəbul edilir
Biznes
24 Dekabr , 2016 14:35
AMB süd məhsullarının alınması üçün tender keçirir

Bakı. 24 dekabr. REPORT.AZ/ Mərkəzi Bank süd məhsullarının alınması üçün kotirovka sorğusu elan edib. "Report"un "Xalq qəzeti"nə istinadən verdiyi xəbərə görə, kotirovka sorğusu üzrə təklif zərfləri möhürlənmiş, imzalanmış şəkildə 11 yanvar 2017-ci il saat 17:00-dək əlaqələndirici şəxs tərəfindən qəbul ediləcək və 12 yanvar 2017-ci il saat 10:00-da Mərkəzi Bankın inzibati binasında açılacaq.

Kotirovka sorğusu ilə bağlı əlavə məlumat almaq üçün (012) 493 11 22 (daxili 484) nömrəli telefonla əlaqə saxlamaq olar. Əsas şərtlər toplusunu əlaqələndirici şəxsdən (Ramin İsgəndərov) əldə etmək mümkündür.

Son xəbərlər

Orphus sistemi