"Amazon"un yaradıcısı dünya tarixində ən varlı adam olub

"Amazon"un yaradıcısı dünya tarixində ən varlı adam olub Bakı. 17 iyul. REPORT.AZ/ Amazon onlayn alış-veriş platformasının yaradıcısı Ceff Bezos tarixdə ən varlı adam olub.
Biznes
17 İyul , 2018 12:40
Amazonun yaradıcısı dünya tarixində ən varlı adam olub

Bakı. 17 iyul. REPORT.AZ/ "Amazon" onlayn alış-veriş platformasının yaradıcısı Ceff Bezos tarixdə ən varlı adam olub.

"Report"un "Bloomberg" agentliyinə istinadın verdiyi xəbərə görə, hazırda C.Bezosun sərvəti 150 mlrd. ABŞ dolları təşkil edir, bu da "Microsoft"un təsisçisi və keçmiş rəhbəri Bill Qeytsin 1999-cu ildə olan varidatından çoxdur.

Qeydd edək ki, B.Qeytsin həmin il 100 mlrd. dollar sərvəti olub. Bu da inflyasiya nəzərə alınmaqla hazırda 149 mlrd. dollar deməkdir. 

Hazırda C.Bezosa daha bir rekordu yeniləmək qalıb. Bu da var-dövlətin ABŞ-ın ümumi daxili məhsuluna (ÜDM) olan nisbətidir. Bu rekord ABŞ tarixində ilk milyarder olan Con Rokfellerə məxsusdur. XX əsrin əvvəlində C.Rokfellerin var-dövləti ÜDM-in 2%-ni təşkil etmişdi. Bu göstəricini təkrarlamaq üçün C.Bezos 350 mlrd. dollara sahib olmalıdır.

Son xəbərlər

Orphus sistemi