"Amazon" ötən il 10,1 mlrd. dollar xalis gəlir əldə edib

"Amazon" ötən il 10,1 mlrd. dollar xalis gəlir əldə edib Bakı. 1 fevral. REPORT.AZ/ Amazon korporasiyası 2018-ci ilin yekunu üzrə 10,1 mlrd. dollar məbləğində xalis mənfəət əldə edib.
Biznes
1 Fevral , 2019 06:56
Amazon ötən il 10,1 mlrd. dollar xalis gəlir əldə edib

Bakı. 1 fevral. REPORT.AZ/ "Amazon" korporasiyası 2018-ci ilin yekunu üzrə 10,1 mlrd. dollar məbləğində xalis mənfəət əldə edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumat cümə axşamı şirkətin hesabatında yer alıb.

31 dekabr 2018-ci tarixində başa çatan 12 aylıq dövr ərzində göstərilən məbləğ aksiya hesablamasında 20,14 mlrd. dollar təşkil edib, gəlirlər 232,9 mlrd. dollara çatıb.

Hər iki göstərici 2017-ci ilin göstəriciləri ilə müqayisədə əhəmiyyətli dərəcədə artım nümayiş etdirib.

Son xəbərlər

Orphus sistemi