"Alpari": Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsulların ixracı azala bilər

"Alpari": Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsulların ixracı azala bilər Bakı. 23 avqust. REPORT.AZ/ ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyalara görə, Azərbaycandan qonşu ölkəyə kənd təsərrüfatı məhsullarının ixracı azala bilər, bu məhsullar artıq Rusiya bazarında bahalaşmış olacaq.
Biznes
24 Avqust , 2018 10:25
Alpari: Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsulların ixracı azala bilər
0 : 00
0 : 00

Bakı. 23 avqust. REPORT.AZ/ "ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyalara görə, Azərbaycandan qonşu ölkəyə kənd təsərrüfatı məhsullarının ixracı azala bilər, bu məhsullar artıq Rusiya bazarında bahalaşmış olacaq".

Bunu "Report"a açıqlamasında Rusiyanın "Alpari" maliyyə şirkətinin analitiki Aleksandr Razuvayev deyib.

"Bu sanksiyalar Rusiya iqtisadiyyatına zəif təsir edəcək, çünki ABŞ-la olan ticarət əlaqələri güclü deyil. Sanksiyalar nəticəsində Rusiya rublunun da nəzərəçarpacaq dərəcədə dəyərdən düşəcəyinə inanmıram, çünki qeyri-rezidentlərin dollar alışı müşahidə edilmir. Milli valyutanın məzənnəsini yalnız Rusiyanın Maliyyə Nazirliyinin dollar alışı zəiflədə bilər. Əgər federal borc kağızlarına qarşı sanksiyalar tətbiq olunsa, o zaman rublun 10-15% ucuzlaşması mümkündür", - deyə ekspert qeyd edib. 

Onun sözlərinə görə, Rusiyanın milli valyutasının dəyərini itirməsi ölkədən ixracı stimullaşdırır və bu, strateji əhəmiyyətə malik tərəfdaşlarla ticarət əlaqələrinə təsir göstərə bilər: "Amma bu təsir güclü olmayacaq, çünki ticarətin həcmi məzənnədən elə də asılı deyil". 

Qeyd edək ki, avqustun 22-dən ABŞ Rusiyanın Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti Sergey Skripal və onun qızı Yuliya ilə bağlı məsələyə görə bu ölkəyə qarşı yeni sanksiya paketi tətbiq edib. Son nəticədə ABŞ-ın milli təhlükəsizliyi ilə bağlı avadanlıqların və texnologiyaların Rusiyadan alınmasına qadağa qoyulub.

Son xəbərlər

Orphus sistemi