Almaniyanın Akkreditasiya Qurumu Azərbaycanın qida laboratoriyasının akkreditasiya sahəsini genişləndirib

Almaniyanın Akkreditasiya Qurumu Azərbaycanın qida laboratoriyasının akkreditasiya sahəsini genişləndirib Ümumilikdə, Komitənin qida laboratoriyasının 30 sınaq metodu beynəlxalq akkreditasiya prosedurasından keçib
Biznes
30 Sentyabr , 2015 13:44
Almaniyanın Akkreditasiya Qurumu Azərbaycanın qida laboratoriyasının akkreditasiya sahəsini genişləndirib

Bakı. 30 sentyabr. REPORT.AZ/ Almaniya Akkreditasiya Qurumu (DaakS) Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) yeyinti və kənd təsərrüfatı məhsullarının sınağı laboratoriyasının akkreditasiya sahəsinə bir neçə metod da əlavə edib.  

"Report"a Komitədən verilən məlumata görə, bura balda karbohidratların (şəkərin), qlükoza, saxaroza və fruktozanın miqdarının təyini, meyvə və tərəvəz məhsullarında pestisid qalıqlarının sınağı, suda toksiki elementlərin təyini, mikrobioloji sınaqlar, alkoqollu içkilərin daha bir neçə göstərici üzrə sınaqları aiddir. Ümumilikdə, Komitənin qida laboratoriyasının həyata keçirdiyi 30 sınaq metodu beynəlxalq akkreditasiya prosedurasından keçərək xarici ölkələrdə tanınması təmin edilib.

Qeyd edək ki, Komitənin yeyinti və kənd təsərrüfatı məhsullarının sınağı laboratoriyası DakkS tərəfindən 2012-ci ildə akkreditasiya olunub. O zaman 14 sınaq metodu üzrə akkreditasiya olunan laboratoriya hazırda bunu 30-a çatdırıb.

Komitədən bildirilib ki, Almaniya Akkreditasiya Qurumu tərəfindən Azərbaycanda qurulmuş müasir sınaq laboratoriyasının akkreditasiyası ölkə sahibkarlığının inkişafı istiqamətində qazanılmış növbəti müvəffəqiyyət kimi qiymətləndirilir. Belə ki, Komitənin laboratoriyasının sınaq protokollarının xaricdə tanınması ilə yerli müəssisələr istehsal etdikləri ərzaq məhsullarının Avropa İttifaqı ölkələrinə ixracı zamanı heç bir maneə ilə üzləşmir, ixrac imkanlarının genişlənməsi, yerli sahibkarların xarici bazarlarda özlərinə layiqli yer tutmaları üçün əlverişli şərait təmin olunur.

Son xəbərlər

Orphus sistemi