Almaniyada dizel yanacağı ilə işləyən maşınların istismarı qadağan edilir

Almaniyada dizel yanacağı ilə işləyən maşınların istismarı qadağan edilir Buna səbəb dizel mühərrikli nəqliyyat vasitələrinin insan orqanizmi üçün zərərli olan nitrit oksid emissiya etməsidir
Biznes
1 Avqust , 2017 10:16
Almaniyada dizel yanacağı ilə işləyən maşınların istismarı qadağan edilir

Bakı. 1 avqust. REPORT.AZ/ Gələn il yanvarın 1-dən Almaniyanın Ştutqart şəhərində dizel mühərrikli nəqliyyat vasitələrinin istismarı qadağan ediləcək. 

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, qərar Almaniyanın Ətraf Mühiti Qoruma Təşkilatının tələbi əsasında Ştutqart İnzibati Məhkəməsi tərəfindən qəbul edilib.

Buna səbəb, dizel mühərrikli nəqliyyat vasitələrinin insan orqanizmi üçün zərərli olan nitrit oksid emissiya etməsidir. Məhkəmə qərarında deyilir ki, həmin zərərli maddələrin azaldılması mümkün deyil. Buna görə də, dizel mühərrikli avtomobillərin ümumiyyətlə, yollara çıxmasına qadağa qoyulacaq. 

Son xəbərlər

Orphus sistemi