Yuxarı
    Bağlamaq

    Almaniyada Biznesin İnam İndeksi 28 illik maksimuma çatıb

    Cens Kramer: Bu, Almaniya iqtisadiyyatı üçün çox parlaq tablodur

    Bakı. 23 may. REPORT.AZ/  Almaniyanın IFO İnstitutunun ölkədə Biznesin İnam İndeksi bu ilin may ayında 114,6-ya yüksələyərək 1991-ci ildən indiyədək qeydə alınan ən yüksək səviyyəyə çatıb.

    "Report" xəbər verir ki, bununla yanaşı, Cari Dəyərləndirmə İndeksi 123,2-yə yüksələrək 121,0-lik proqnozu üstələyib. IFO-nun Gözlənti İndeksi isə 106,5 səviyyəsinə yüksələrək 105,4-lük proqnozu geridə qoyub. 

    "Bu, Almaniya iqtisadiyyatı üçün çox parlaq tablodur. İnkişaf sağlamdır, çünki istehlak xərcləri və investisiyalar güclüdür. Xarici ticarətin isə inkişafa dəstəyi davam edir", - iqtisadçı Cens Kramer məsələni şərh edərkən bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi