Almaniyada beynəlxalq şərab sərgisi açılacaq

Almaniyada beynəlxalq şərab sərgisi açılacaq Azərbaycanın ixracat qrupu sərgidə iştirak edəcək
Biznes
9 Dekabr , 2016 20:58
Almaniyada beynəlxalq şərab sərgisi açılacaq

Bakı. 9 dekabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi Almaniyada keçiriləcək “Prowein” beynəlxalq şərab sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edib.

Nazirlikdən “Report”a verilən xəbərə görə, sərgi gələn il martın 19-dan 21-dək Düsseldorf şəhərində açılacaq. Vahid ölkə stendində iştirak edəcək ixracatçı şirkətlərin sayı maksimum 15 olmalıdır. İştirakçılar müsabiqə əsasında seçiləcək.

İqtisadiyyat Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (“Azpromo”) təşkilatçılığı ilə keçirilən müsabiqə gələn il fevralın 1-də baş tutacaq. Vahid ölkə stendində iştirak etmək üçün ixracatçılar sənədləri yanvarın 16-dək “Azpromo”ya təqdim etməlidirlər.

Son xəbərlər

Orphus sistemi