Almaniyanın məşhur avtomobil brendi havanı çirkləndirməkdə ittiham olunur

Almaniyanın məşhur avtomobil brendi havanı çirkləndirməkdə ittiham olunur İttihamlar isübut olunarsa, şirkət ABŞ-a 18 mlrd. dollar cərimə ödəmək məcburiyyətində qalacaq
Biznes
21 Sentyabr , 2015 20:19
Almaniyanın məşhur avtomobil brendi havanı çirkləndirməkdə ittiham olunur

Bakı. 21 sentyabr. REPORT.AZ/ Dünyanın ən çox avtomobil satan markası olmaq üçün Yaponiyanın “Toyota” brendi ilə mübarizə aparan “Volkswagen” ilk dəfədir ki, bu ada sahib olub.

“Report” xarici mediaya istinadən bildirir ki, bununla belə məşhur brendə ABŞ tərəfindən pul cəzası verilib. Amerika Ətraf Mühiti Mühafizə Dairəsi (EPA) Almaniyanın avtomobil istehsalçısı “Volkswagen”in "Təmiz hava hüququ” qanununu pozmaqda günahlandırır. ABŞ şirkətdən 482 min ədəd dizel mühərrikli avtomobilini geri çağırmasını tələb edib.

EPA xüsusi aparat vasitəsilə ətrafa verilən zərərin miqdarını ölçür. İttihamlar isübut olunarsa, şirkət ABŞ-a 18 mlrd. dollar cərimə ödəmək məcburiyyətində qalacaq.

Son xəbərlər

Orphus sistemi