Yuxarı

​Almaniya şirkəti Azərbaycan filialını bağlayır

Ötən gün şirkət Türkmənistandan da çıxdığını elan edib

Bakı. 28 oktyabr. REPORT.AZ/ Almaniyanın "DEA Deutsche Erdoel AG" şirkətinin Azərbaycandakı filialı bağlandığını elan edib. Bu barədə "Report"a Vergilər Nazirliyindən məlumat verilib.

Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Bülbülə qəsəbəsi, Çaparidze küçəsi ev 9, mənzil 37 ünvanına bildirə bilərlər. 

Qeyd edək ki, mərkəzi Hamburq şəhərində yerləşən şirkət xam neftin və təbii qazın kəşfiyyatı və hasilatı üzrə əməliyyatlar aparır.

Xatırladaq ki, ötən gün şirkət Türkmənistandan da çıxdığını elan edib. Səbəb kimi isə bürokratik əngəllər və korrupsiya amillərinin mövcudluğu göstərilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi