“ALKE İnşaat Sənaye və Ticarət” nizamnamə kapitalını artırır

“ALKE İnşaat Sənaye və Ticarət” nizamnamə kapitalını artırır Müəssisənin səhmdarlarının yığıncağı çağırılıb
Biznes
22 Fevral , 2017 09:05
“ALKE İnşaat Sənaye və Ticarət”  nizamnamə kapitalını artırır

Bakı. 22 fevral. REPORT.AZ/ Martın 3-də “ALKE İnşaat Sənaye və Ticarət” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. 

"Report" xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib. 

Məlumata görə, yığıncaq müəssisənin baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 2/26 ünvanında baş tutacaq. 

Yığıncağın gündəliyinə şirkətin nizamnamə kapitalının artırılması məsələsi daxildir. 

Xatırladaq ki, “ALKE İnşaat Sənaye və Ticarət” ASC 2011-ci ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 4 010 manatdır. 

Son xəbərlər

Orphus sistemi