Natiq Şirinov: "Alkoqollu içkilərin nağd satışı ilə bağlı qanunvericiliyə konseptual dəyişiklik nəzərdə tutulmur"

Natiq Şirinov: "Alkoqollu içkilərin nağd satışı ilə bağlı qanunvericiliyə konseptual dəyişiklik nəzərdə tutulmur" Vergilər Nazirliyinin departament rəhbəri bəzi güzəştlərin tətbiqini istisna etmir
Biznes
18 Yanvar , 2016 10:50
Natiq Şirinov: Alkoqollu içkilərin nağd satışı ilə bağlı qanunvericiliyə konseptual dəyişiklik nəzərdə tutulmur

Bakı. 18 yanvar. REPORT.AZ/ Azərbaycanda alkoqollu içkilərin nağd qaydada satılması ilə bağlı qanunvericiliyə hər hansı konseptual dəyişikliyin edilməsi nəzərdə tutulmur. "Report" xəbər verir ki, bunu Vergilər Nazirliyi Vergi siyasəti və strateji araşdırmalar Departamentinin rəhbəri Natiq Şirinov deyib: "Yalnız bəzi güzəştlər ola bilər".

N.Şirinovun sözlərinə görə, qanunvericiliyə dəyişiklik etmək hüququ parlamentə, bu dəyişikliyi təsdiq etmək hüququ isə dövlət başçısına məxsusdur, ona görə də müvafiq dəyişiklikləri gözləmək lazımdır.

"Report"un yeni MTK-larda müqavilə əsasında 5 ildən çox yaşadıqdan sonra çıxarış aldıqda və ondan qısa zaman sonra mənzil satdıqda vergi ödəniləcəkmi sualını cavablandıran N.Şirinov deyib ki, belə hallarda həmin şəxslər vergiyə cəlb ediləcək: "Yeni tikilidə MTK-nın müqaviləsi əsasında 5 ildən çox müddətdə yaşayırsansa və 5 ildən sonra çıxarış aldıqda və onu qısa zamanda satdıqda oradan vergi ödəniləcək. Çünki həmin müddətdə rəsmi qeydiyyatda olma haqqında sənəd mövcud deyil".

Son xəbərlər

Orphus sistemi