Yuxarı

“Alibaba” “Subaylar günü” münasibətilə rekord satışa imza atıb

“Alibaba” “Subaylar günü” münasibətilə rekord satışa imza atıb

Bakı. 11 noyabr. REPORT.AZ/ Çinin internet ticarəti nəhəngi “Alibaba” bu gün ölkədə qeyd olunan və ABŞ-dakı “Qara cümə”yə analoq sayılan “Subaylar günü” münasibəti ilə rekord satışa imza atıb.

“Report” “Reuters” agentliyinə istinadən xəbər verir ki, Şirkətin şəbəkəsi üzərindən “Subaylar günü”nün ilk 3 dəqiqəsi ərzində 10 mlrd. yuan (1,5 mlrd. ABŞ dolları) dəyərində mal satılıb.

Növbəti 3 dəqiqə ərzində isə bu rəqəm 19 mlrd. yuana (3 mlrd. dollara yaxın) yüksəlib.

Xatırladaq ki, Çində “Subaylar günü” hər il noyabrın 11-də qeyd olunur. Həmin gün mağazalarda böyük satış dövriyyəsi qeydə alınır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi