Aktauda tikilən Logistik Mərkəz sentyabrda fəaliyyətə başlayacaq

Aktauda tikilən Logistik Mərkəz sentyabrda fəaliyyətə başlayacaq Azərbaycanla Qazaxıstan arasında iqtisadi əməkdaşlığın inkişaf istiqamətləri müzakirə olunub
Biznes
19 May , 2015 20:36
Aktauda tikilən Logistik Mərkəz sentyabrda fəaliyyətə başlayacaq

Bakı. 19 may. REPORT.AZ/ İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Beybit İsabayevi qəbul edib.

"Report"un İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycan və Qazaxıstan arasında iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən kənd təsərrüfatı sahəsində əlaqələrin genişləndirilməsi üçün geniş imkanlar olduğunu bildirilib. Bu sahədə əhəmiyyətli olacaq Qazaxıstanın Aktau şəhərinə tikilən Logistik Mərkəzin 2015-ci ilin sentyabrında fəaliyyətə başlaması nəzərdə tutulur.

Görüşdə Şahin Mustafayev Azərbaycanın davamlı və dayanıqlı iqtisadi inkişafı barədə məlumat verib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyini səfirin diqqətinə çatdırıb.

Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Beybit İsabayev iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün səy göstərəcəyini vurğulayıb. İkli ölkə arasında əlaqələrin inkişafı üçün böyük potensialın olduğunu qeyd edən səfir Beybit İsabayev iqtisadi sahədə əməkdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.

Görüşdə iş adamları arasında əlaqələrin genişləndirilməsi üçün biznes forum, təqdimat və digər birgə tədbirlərin mütəmadi keçirilməsinin məqsədəuyğunluğu qeyd edilib.

Son xəbərlər

Orphus sistemi