“Akkord” yeni şirkət yaradıb

“Akkord” yeni şirkət yaradıb Söhbət “Building Construction Group”dan gedir
Biznes
7 Dekabr , 2016 09:23
“Akkord” yeni şirkət yaradıb

Bakı. 7 dekabr. REPORT.AZ/ “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC yenidən təşkil olunduğunu elan edib. Bu barədə “Report” Vergilər Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bunun nəticəsində onun tərkibindən ayrılan strukturların birinin bazasında “Building Construction Group” MMC yaradılıb.

Xatırladaq ki, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" 2006-cı ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 74,113 mln. manatdır. Şirkətin səhmlərinin 51%-i "VIP Estate" MMC-yə, 49%-i isə Dərya Müsəllim oğlu Vəliyeva məxsusdur.

Son xəbərlər

Orphus sistemi