Yuxarı
    Bağlamaq

    “Akkord” Korporasiyası Gürcüstanda tenderlərin qalibi olub

    Bakı. 24 aprel. REPORT.AZ/ Yerli və xarici infrastruktur layihələrin icrasında xüsusi təcrübəyə malik “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC son iki ayda Gürcüstan Respublikasında keçirilən ümumi dəyəri 59,5 milyon ABŞ dolları olan iki infrastruktur layihəsinin tenderinin qalibi elan olunub.

    ASC-dən “Report”a verilən məlumata görə, hər iki layihənin sifarişçisi Gürcüstan Respublikasının Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yol Departamenti, maliyyə dəstəkçisi isə Avropa İnvestisiya Bankıdır.

    Samtredia-Grigolote E-60 hissəsinin - yolunun qalmış işlərinin inşaası (REMAINING WORKS for the CONSTRUCTION SAMTREDIA-GRIGOLETI ROAD SECTION OF E-60 HIGHWAY KM 00 +000 –KM 11+500) ilə bağlı tenderdə Gürcüstan, Azərbaycan, Çin və Türkiyə dövlətlərindən olan 14 şirkət iştirak edib. “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin 11 km-lik yolun inşaası üçün verdiyi və qalib olduğu qiymət təklifi-89 mln Lari (37 mln. ABŞ) təşkil edib.

    Dziruli-Karagauli –Moliti-Pona-Chumateleti İkinci yolun, Moliti-Chumateleti hissəsinin yenidən qurulması (Rehabilitation of Dziruli – Kharagauli – Moliti – Pona – Chumateleti Secondary Road, Moliti – Chumateleti Road Section from km 24+620 to km 50+244) ilə bağlı tenderdə isə Gürcüstan, Azərbaycan, Çin və Türkiyə dövlətlərindən olan 13 şirkət iştirak edib. Respublikamızın təmsilçisi “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC bu tenderin də qalibi elan edilib. Korporasiyanın 26 km-lik yolun yenidən qurulması üçün verdiyi və qalib olduğu qiymət təklifi-54,5 mln Lari (22.5mln ABŞ) təşkil edib.

    Xatırladaq ki, hazırda 11 ölkədə nümayəndəliyi mövcud olan “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC 4 ölkədə aktiv fəaliyyəti göstərir ki, onlardan da biri Gürcüstandır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi