Aİ səfiri: “Azərbaycanın Avropa və Asiya arasında bağlantıya necə xidmət etməsi vacib məsələdir”

Aİ səfiri: “Azərbaycanın Avropa və Asiya arasında bağlantıya necə xidmət etməsi vacib məsələdir” Bakı. 24 oktyabr. REPORT.AZ/ “Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında ticarət dövriyyəsi artır və ümid edirəm ki, gələcəkdə daha da artacaq”.
Biznes
24 Oktyabr , 2018 11:10
Aİ səfiri: “Azərbaycanın Avropa və Asiya arasında bağlantıya necə xidmət etməsi vacib məsələdir”
Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas / Report/ Elshan Baba
0 : 00
0 : 00

Bakı. 24 oktyabr. REPORT.AZ/ “Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında ticarət dövriyyəsi artır və ümid edirəm ki, gələcəkdə daha da artacaq”.

“Report” xəbər verir ki, bunu Aİ-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas bildirib.

O, Azərbaycanın həyata keçirdiyi mobil rezidentlik layihəsinin mühüm əhəmiyyətə malik olduğunu, onun gələcəyin layihəsi olduğunu vurğulayıb.

“Azərbaycan və Aİ hərtərəfli tərəfdaşlığı inkişaf etdirməlidir. Hazırda tərəflər yeni saziş üzərində işləyirlər. Bu isə hərtərəfli əməkdaşlığı əhatə edir. Azərbaycan Avropa və Asiya arasındakı marşrutun tam mərkəzində yerləşir. Ölkənin iki qitə arasında bağlantıya necə xidmət etməsi vacib amildir”, - o qeyd edib. 

Son xəbərlər

Orphus sistemi