Yuxarı

Aİ gömrük rüsumu tətbiq edəcəyi ABŞ mallarının siyahısını açıqlayacaq

Aİ gömrük rüsumu tətbiq edəcəyi ABŞ mallarının siyahısını açıqlayacaq

Avropa İttifaqı (Aİ) aprelin 17-də gömrük rüsumu tətbiq edəcəyi ABŞ mallarının siyahısını açıqlayacaq”.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Brüsseldə (Bekçika) keçirilmiş mətbuat konfransında ticarət üzrə Avropa Komissarı Sesilya Malmstrem məlumat verib. 

Onun sözlərinə görə, hazırda siyahı üzərində iş yekunlaşmaq üzrədir: "Bu rüsumlar ABŞ-ın atdığı eyni addıma cavabdır". 

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Ümumdünya Ticarət Təşkilatının Fransa-Almaniya birgə müəssisəsi “Airbus” şirkətinə ayrılan subsidiyaların dəstəkləməsi qərarının ABŞ iqtisadiyyatına mənfi təsir göstərdiyini bildirib. Onun sözlərinə görə, ölkəsi Aİ məhsullarına 11 mlrd. dollarlıq gömrük rüsumu tətbiq edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi