AİF-in təkliflər sorğusu baş tutmayıb

AİF-in təkliflər sorğusu baş tutmayıb Qurum bunun səbəbini açıqlamayıb
Biznes
4 Aprel , 2017 15:07
AİF-in təkliflər sorğusu baş tutmayıb

Bakı. 4 aprel. REPORT.AZ/ “Azərbaycan İpoteka Fondu” ASC-nin (AİF) elan etdiyi mebel avadanlığının və arxiv dolablarının satın alınması üzrə təkliflər sorğusu baş tutmayıb.

“Report” xəbər verir ki, bu barədə AİF-in açıqlamasında bildirilir.

Qurum bunun səbəbini açıqlamayıb.

Xatırladaq ki, AİF 2005-ci ildən fəaliyyət göstərən Azərbaycan Mərkəzi Bankı yanında İpoteka Fondunun bazasında ötən il avqustun 18-də yaradılıb. Onun nizamnamə kapitalı 307,239 mln. manatdır.

Son xəbərlər

Orphus sistemi