“Ağstafa Təmir Tikinti”yə sədr seçiləcək

“Ağstafa Təmir Tikinti”yə sədr seçiləcək Müəssisənin səhmdarlarının yığıncağı çağırılıb
Biznes
17 Mart , 2017 09:32
“Ağstafa Təmir Tikinti”yə sədr seçiləcək

Bakı. 17 mart. REPORT.AZ/ Aprelin 28-də, saat 11:00-da “Ağstafa Təmir Tikinti” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Məlumata görə, yığıncaq Qazax şəhəri, Azadlıq küçəsi, 75 ünvanında baş tutacaq.

Yığıncağın gündəliyinə Cəmiyyətin icra orqanının (sədrinin) seçilməsi, onun nizamnaməsinin 3-cü redaksiyada təsdiqi və digər məsələlər daxildir.

Xatırladaq ki, “Ağstafa Təmir Tikinti” ASC 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 7 138 manatdır. 

Son xəbərlər

Orphus sistemi