Ağdaşda istehlakçı hüquqları ilə bağlı konfrans keçirilib

Ağdaşda istehlakçı hüquqları ilə bağlı konfrans keçirilib Rayonda "Dövlət satınalmaları sahəsində şəffaflıq, ədalət və səmərəlilik" mövzusunda təlim kursu təşkil olunub
Biznes
13 Yanvar , 2017 19:41
Ağdaşda istehlakçı hüquqları ilə bağlı konfrans keçirilib

Bakı. 13 yanvar. REPORT.AZ/ Bu gün Ağdaşda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə "Hər bir istehlakçı hüquqlarını bilməli və tələb etməlidir" mövzusunda ilin ilk konfransı keçirilib. 

İqtisadiyyat Nazirliyindən "Report"a verilən xəbər görə, aidiyyəti dövlət qurumlarının və ictimai təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə çıxış edən Dövlət Xidmətinin rəis müavini Araz Əliyev istehlakçı hüquqlarının qorunmasında maarifləndirmənin, təbliğat-təşviqat işlərinin əhəmiyyətindən danışıb: "İstehlakçıların maarifləndirilməsi məqsədilə konfrans və seminarlar, dəyirmi masalar təşkil edilir. Ticarət və ictimai-iaşə obyektlərinin xidmət personalı üçün təlimlər keçirilir. İstehlakçı hüquqlarına dair müxtəlif mövzularda bukletlər, yaddaş kitabçaları və digər əyani vəsaitlər hazırlanaraq istehlakçılara paylanılır. Ötən il ərzində istehlakçıların maarifləndirilməsi məqsədilə 24 adda 55 mindən artıq buklet və yaddaş kitabçasının hazırlanaraq istehlakçılara paylanılması təmin edilib. Bundan başqa, ticarət qaydalarına əməl olunması ilə bağlı 560 mindən artıq elektron ünvana bildirişlər göndərilib. Ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahələrində istehlakçılar üçün faydalı olan maarifləndirici məlumatlar kütləvi informasiya vasitələrində yayımlanıb".

Tədbirdə Dövlət Xidmətinin əməkdaşları istehlakçı hüquqlarına dair məruzələrlə çıxış edib. Sonda tədbir iştirakçılarına istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanılıb.

Eyni zamanda həmin gün rayonda fəaliyyət göstərən, malları, işləri, xidmətləri dövlət vəsaitləri hesabına satın alan təşkilatların nümayəndələri üçün "Dövlət satınalmaları sahəsində şəffaflıq, ədalət və səmərəlilik" mövzusunda təlim kursu keçirilib.

Son xəbərlər

Orphus sistemi