Ağdaş avtovağzalına məxsus qeyri-yaşayış sahəsi satışa çıxarılır

Ağdaş avtovağzalına məxsus qeyri-yaşayış sahəsi satışa çıxarılır ​“Ağdaş Avtovağzal” ASC-nin səhmdarlarının yığıncağı çağırılıb
Biznes
10 Yanvar , 2017 09:08
Ağdaş avtovağzalına məxsus qeyri-yaşayış sahəsi satışa çıxarılır

Bakı. 10 yanvar. REPORT.AZ/ Fevralın 27-də, saat 14:00-da “Ağdaş Avtovağzal” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. "Report" xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib. 

Məlumata görə, yığıncaq Ağdaş rayonunun Maşhad kəndində baş tutacaq. Yığıncağın gündəliyinə 2016-cı ilin maliyyə hesabatının təsdiqi və bununla əlaqədar məsələlər, eləcə də cəmiyyətin binasının təmiri ilə əlaqədar 76 kvadratmetr qeyri-yaşayış sahəsinin satılması məsələsi daxildir. 

Xatırladaq ki, “Ağdaş Avtovağzal” ASC 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 83 012 manatdır. 

Son xəbərlər

Orphus sistemi