Yuxarı

​Ağcabədidə sahibkarlar üçün treninq keçirilib

Tədbirdə biznes planların və investisiya layihələrinin hazırlanması mövzusuna xüsusi diqqət yetirilib

Bakı. 15 noyabr. REPORT.AZ/ Ağcabədi rayonunda Bakı Biznes Tədris Mərkəzinin (BBTM) Göyçay və Yevlax nümayəndəliklərinin birgə təşkilatçılığı, Ağcabədi rayon İcra Hakimiyyətinin dəstəyi ilə sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib.

"Report"un İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən xəbər verdiyi kimi, biznes planların və investisiya layihələrinin hazırlanması, marketinq və sənayedə brendləşmə, Nazirlik tərəfindən göstərilən elektron xidmətlərə dair mövzularda təşkil olunmuş treninqdə biznes plan və bölmələri, biznes ideyanın yaradılması, maliyyə planı, marketinqin növləri və prinsipləri, reklam fəaliyyəti, brend məhsullar, brendin mahiyyəti və məzmunu, sənayedə brendləşmənin xüsusiyyətləri və s. barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Bundan başqa, treninqdə www.icazeler.gov.az və www.b2b.az elektron portalları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, həmçinin investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi və s. barədə məlumat verilib.

Tədbir çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara BBTM tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi