​Ağcabədidə istehlakçı hüquqlarına dair konfrans keçirilib

​Ağcabədidə istehlakçı hüquqlarına dair konfrans keçirilib Konfransda 150-dən çox istehlakçı iştirak edib
Biznes
20 Noyabr , 2015 15:19
​Ağcabədidə istehlakçı hüquqlarına dair konfrans keçirilib

Bakı. 20 noyabr. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə bu gün Ağcabədidə "Azərbaycanda istehlakçı hüquqları qorunur" mövzusunda konfrans keçirilib.

"Report" İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, konfransda aidiyyəti dövlət qurumları, ictimai təşkilatların nümayəndələri və 150-dən çox istehlakçı iştirak edib.

Tədbirdə çıxış edən Dövlət Xidmətinin rəis müavini Araz Əliyev istehlakçıların hüquqlarının etibarlı qorunmasında maarifləndirmənin əhəmiyyətini vurğulayaraq, Dövlət Xidməti tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlər barədə geniş məlumat verib.

Qeyd edilib ki, bu ilin 10 ayında istehlakçıların maarifləndirilməsi məqsədilə 18 adda 70 minə yaxın buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair 6 adda 6 minə yaxın yaddaş kitabçası hazırlanaraq paylanıb. Eyni zamanda sahibkarların, istehlakçıların iştirakı ilə görüşlər, dəyirmi masalar təşkil olunur.

Konfransda Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşları "İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr", "Hər bir istehlakçı öz hüquqlarını bilməlidir", "Ərzaq malları alarkən nələrə diqqət yetirməli" mövzularında məruzələrlə çıxış edib, tədbir iştirakçılarının suallarını cavablandırıblar.

Sonda tədbir iştirakçılarına istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanıb.

Son xəbərlər

Orphus sistemi