ADIF “Dəmirbank”ın əmanətçilərinə 38 mln. manatdan artıq kompensasiya ödəyib

ADIF “Dəmirbank”ın əmanətçilərinə 38 mln. manatdan artıq kompensasiya ödəyib Əmanətçilər kompensasiya üçün 1 il müddətində müraciət edə bilərlər
Biznes
17 Fevral , 2018 11:55
ADIF “Dəmirbank”ın əmanətçilərinə 38 mln. manatdan artıq kompensasiya ödəyib

Bakı. 17 fevral. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) 1-16 fevral tarixlərində ləğvedicisi olduğu “Dəmirbank” ASC-nin qorunan əmanətçilərinə 38 mln. manatdan artıq kompensasiya ödəyib.

“Report” xəbər verir ki, bu barədə Fond məlumat yayıb.

Qeyd edək ki, kompensasiyalar ilk dəfə olaraq nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə, Bankın 26 filialında ödənilir. Əmanətçilər kompensasiya üçün 1 il müddətində müraciət edə bilərlər. 

Son xəbərlər

Orphus sistemi