​ADB ötən il 90 şirkətə sanksiya tətbiq edib

​ADB ötən il 90 şirkətə sanksiya tətbiq edib 106 nəfər korrupsiya və dürüstlüyün pozulması ittihamı ilə layihələrdən kənarlaşdırılıb
Biznes
16 Mart , 2016 13:13
​ADB ötən il 90 şirkətə sanksiya tətbiq edib

Bakı. 16 mart. REPORT.AZ/ Asiya İnkişaf Bankı (ADB) ötən il 90 şirkət və ayrı-ayrı şəxslərə qarşı 80-dən çox sansksiya tətbiq edib. “Report”un xəbərinə görə, bu barədə ADB-nin Anti-korrupsiya və Dürüstlük Departamenti (OAI) hesabat yayıb.

Hesabata görə, 4 çoxtərəfli inkişaf bankı ilə bağlanmış müqavilə əsasında ötən il 106 nəfər korrupsiya və dürüstlüyün pozulması ittihamı ilə layihələrdən kənarlaşdırılıb.

OAI rəhbəri Klar Vi (Clare Wee) deyib ki, 99 şirkət və fərdi şəxsərlə bağlı gələn şikayətlərin sayı 2014-cü ilə nisbətən 18% artaraq rekord həddə - 285-ə çatıb və tətbiq edilən sanksiyalar isə 2014-cü ildə 40 olduğu halda, ötən il iki dəfədən çox artıb.

Qeyd edək ki, ADB 1966-cı ildə yaradılıb və hazırda 48 regiondan Azərbaycan da daxil olmaqla 67 üzvü var.

Son xəbərlər

Orphus sistemi