“AccessBank”la əməkdaşlıq edən iş adamlarının sayı artıb

“AccessBank”la əməkdaşlıq edən iş adamlarının sayı artıb Kampaniya çərçivəsində iş adamlarının ən çox yararlandığı xidmətlərdən biri də əmək haqqı layihələridir
Biznes
4 May , 2017 17:52
“AccessBank”la əməkdaşlıq edən iş adamlarının sayı artıb

Bakı. 4 may. REPORT.AZ/ “İlin əvvəlində nağdsız hesablaşmalarla bağlı qanunda edilən dəyişiklikləri nəzərə alaraq “Accessbank” QSC-də fərdi sahibkarların, həm də hüquqi şəxslərin biznesinin aparılmasını əhəmiyyətli dərəcədə asanlaşdıran xüsusi “Biznesə 5D” kampaniyasına başlayıb”. Bu barədə “Report”a Bankdan məlumat verilib.

Kampaniya çərçivəsində iş adamlarının daha çox ehtiyac duyduğu 5 məhsul və xidmət pulsuz təklif edilib. Bu, cari hesablar, amək haqqı layihələri, müştərinin VÖEN hesabına bağlı Biznes Kart, POS-terminal və Onlayn bankçılıq xidmətləridir.

“Təklif etdiyimiz sərfəli şərtlərlə “Accessbank”da cari hesab açan müştərilər, həm də VÖEN hesabına bağlı Biznes Kart əldə edirlər”, - deyə Bankın açıqlamasında deyilir.

Kampaniya çərçivəsində iş adamlarının ən çox yararlandığı xidmətlərdən biri də əmək haqqı layihələridir: “Layihə çərçivəsində “Accessbank”dan əmək haqqı kartı əldə etməklə, müəssisə rəhbərləri Bankın filiallarına gəlmədən, işçilərin əmək haqlarını bankın müasir onlayn bankinq sistemi olan – “myAccess” vasitəsilə hesablara köçürmə imkanı əldə edir, işçilər isə, bankın “AccessQazanc” layıhəsindən yararlanaraq bankın kartları ilə ödəniş etdikdə xərclədikləri vəsaitlərin bir hissəsini kartlarına geri qazanırlar. Bundan başqa, kampaniyadan yararlanan müəssisə rəhbərləri və əməkdaşlarına “Yığım” əmanətini 30 manatdan başlayaraq açmaq və standart illik faiz dərəcəsinə 1%-in əlavə olunması imkanı, həmçinin “Nağd” kredit və kredit kartlarını standart illik faiz dərəcəsindən 2% aşağı əldə etmək imkanı təqdim olunur”.

“Biznesə 5D təklifi iş adamlarının biznesinin asanlaşdırılması üçün yaradılmışdı və onlar tərəfindən rəğbətlə qarşılandı. Müştərilər tərəfindən aldığımız rəylər əsasında bir daha əmin olduq ki, biz təkliflər paketinə onlar üçün ən uyğun olan və iş həyatında ən çox ehtiyac duyulan məhsul və xidmətləri daxil etmişik. Buna görə də biz kampaniyanın müddətini 30 iyun 2017-ci il tarixinə qədər uzatdıq” – “AccessBank”ın Marketinq və satış Departamentinin rəhbəri Günay Cəlilova deyə qeyd edib.

“AccessBank”ın iş adamlarına təqdim etdiyi “Biznesə 5D” kampaniyası çərçivəsində xidmət və məhsulları haqqında daha ətraflı məlumatla, Bankın rəsmi internet səhifəsində daha ətraflı tanış olmaq mümkündür.

Son xəbərlər

Orphus sistemi