ABŞ şirkətləri Çin mallarının idxal rüsumlarından azad edilə bilər

ABŞ şirkətləri Çin mallarının idxal rüsumlarından azad edilə bilər Bakı. 16 yanvar. REPORT.AZ/ Rəsmi Vaşinqton və Pekinin razılığa gələ bilməyəcəyi təqdirdə ABŞ şirkətləri Çindən idxal edilən 200 milyard dollarlıq mala görə gömrük rüsumlarından azad olunmaq üçün müraciət edəcəklər.
Biznes
16 Yanvar , 2019 11:18
ABŞ şirkətləri Çin mallarının idxal rüsumlarından azad edilə bilər
0 : 00
0 : 00

Bakı. 16 yanvar. REPORT.AZ/ Rəsmi Vaşinqton və Pekinin razılığa gələ bilməyəcəyi təqdirdə ABŞ şirkətləri Çindən idxal edilən 200 milyard dollarlıq mala görə gömrük rüsumlarından azad olunmaq üçün müraciət edəcəklər.

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın ticarət nümayəndəsi Robert Laythayzer bildirib.

"200 milyard dollar mal üçün gömrük tarifi 25 faizədək yüksələcəyi təqdirdə ABŞ-ın ticarət nümayəndəliyi istisna üzrə müvafiq prosesə başlayacaq", - R.Laythayzer deyib.

O söyləyib ki, rüsumlardan azad olunmaq barədə qərar məhsulların yalnız Çindən gətirilməsinin mümkünlüyünə, rüsumların şirkətlərə və ABŞ maraqlarına zərər verib-verməyəcəyinə, eləcə də məhsulun strateji cəhətdən əhəmiyyətli olub-olmamasına əsasən qəbul olunacaq.

Qeyd edək ki, ötən il Çin və ABŞ illik bir neçə milyard dollar dəyərində idxal olunan bir sıra məhsullara gömrük rüsumlarını qarşılıqlı şəkildə bir neçə dəfə artırıb. Dekabrın əvvəlində isə Argentinada keçirilən G20 sammiti çərçivəsində iki ölkə lideri ticarət müharibəsində "atəşkəs" barədə razılığa gəlib.

Son xəbərlər

Orphus sistemi