Ticarət Palatasının sədri: "ABŞ şirkətləri Azərbaycanda fəaliyyətlərini genişləndirib"

Ticarət Palatasının sədri: "ABŞ şirkətləri Azərbaycanda fəaliyyətlərini genişləndirib" Biz biznes maraqlarını həm ABŞ, həm də Azərbaycanda təbliğ edirik.
Biznes
18 Fevral , 2020 10:21
Ticarət Palatasının sədri: ABŞ şirkətləri Azərbaycanda fəaliyyətlərini genişləndirib

"Biz biznes maraqlarını həm ABŞ, həm də Azərbaycanda təbliğ edirik".

“Report” xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycanda Biznes və Peşəkar Assosiasiyalara dəstək üçün tərəfdaşlıq sammitində çıxış edən ABŞ-Azərbaycan Ticarət Palatasının sədri Reza Vəziri deyib.

O əlavə edib ki, bu məqsədlə onlar bir sıra missiyalar təşkil ediblər: "2017-ci ildə təşkil edilən ticarət missiyası nəticəsində Azərbaycan şirkətləri bir neçə mln dollarlıq kontrakt imzalayıblar. Bəzi ABŞ şirkətləri isə Azərbaycanda fəaliyyətlərini genişləndirib. İllinoysda keçirilən görüşdən sonra isə ABŞ şirkətləri 1,2 mln dollarlıq müqavilə imzalayıb. Oklohomadakı görüşdən sonra isə Azərbaycan narının ixracı qərara alınıb. Bütün bunlar isə bizim gördüyümüz işlərə kiçik misaldır".

Son xəbərlər

Orphus sistemi