​ABŞ şirkəti Azərbaycanda filial açır

​ABŞ şirkəti Azərbaycanda filial açır Şirkət bundan öncə Azərbaycanda Dünya Bankı ilə birlikdə informasiya və kommunikasiya texnologiyalarının qiymətləndirilməsini aparıb
Biznes
14 Oktyabr , 2015 11:02
​ABŞ şirkəti Azərbaycanda filial açır

Bakı. 14 oktyabr. REPORT.AZ/ Amerikanın menecment və konsaltinq xidmətləri göstərən "McKinsey & Company" şirkəti Azərbaycanda filial açıb. "Report" xəbər verir ki, "McKinsey & Company" (Azerbaijan) INC adı ilə Vergilər Nazirliyində Səbail rayonu Nizami küçəsi ev 90A ünvanında qeydiyyata alınıb.

Qanuni təmsilçisi Köksoy Kadir Sinan adlı Türkiyə vətəndaşı olan şirkət bundan öncə Azərbaycanda Dünya Bankı ilə birlikdə informasiya və kommunikasiya texnologiyalarının qiymətləndirilməsini aparıb.

Qeyd edək ki, 2013-cü ilin yanvarında şirkətin icraçı direktoru Dominik Barton (Dominic Barton) Prezident İlham Əliyevin qəbulunda olub və Azərbaycanda irimiqyaslı IKT layihələrinin reallaşdırılmasında maraqlı olduqlarını açıqlayıb.

Son xəbərlər

Orphus sistemi