ABŞ nümayəndə heyəti investisiyaların təşviqi məqsədilə Azərbaycan rəsmilərilə görüşlər keçirib

ABŞ nümayəndə heyəti investisiyaların təşviqi məqsədilə Azərbaycan rəsmilərilə görüşlər keçirib Bakı. 17 avqust. REPORT.AZ/ ABŞ hökumətinin Xarici Özəl İnvestisiya Korporasiyasının (OPIC) vitse-prezidenti David Bohigian və digər ABŞ rəsmiləri Bakıda Azərbaycan hökumətinin rəhbərləri ilə görüşüblər.
Biznes
17 Avqust , 2018 17:57
ABŞ nümayəndə heyəti investisiyaların təşviqi məqsədilə Azərbaycan rəsmilərilə görüşlər keçirib

Bakı. 17 avqust. REPORT.AZ/ ABŞ hökumətinin Xarici Özəl İnvestisiya Korporasiyasının (OPIC) vitse-prezidenti David Bohigian və digər ABŞ rəsmiləri Bakıda Azərbaycan hökumətinin rəhbərləri ilə görüşüblər. 

"Report" ABŞ-ın Azərbaycandakı Səfirliyinə istinadən xəbər verir ki, səfərin məqsədi ABŞ-ın regiona investisiyalarını təşviq etmək, tərəfdaşlıqları gücləndirmək, iqtisadi artım və sabitliyə aparan işgüzar əlaqələri dərinləşdirmək üçün imkanlar tapmaqdır.

"OPIC təbii resurslara, enerji və infrastruktur layihələrinə yönəlmiş investisiyalar vasitəsilə Azərbaycanı və onun xalqını dəstəkləməyə çalışır", - deyə D.Bohigian deyib. 

"Azərbaycan və regionda ABŞ-ın daha böyük investisiyaları üçün cəlbedici imkanlar mövcuddur, bu investisiyalar özəl sektoru gücləndirərək daha yaxşı həyat və icmalar qurmağa kömək edir. Şəffaflığın, davamlılığın, keyfiyyətin və yerli icma və ətraf mühitə hörməti təşviq edən investisiyalara sadiq qalmaqla Azərbaycan öz xalqı üçün müsbət bir yola sadiqdir. Azərbaycan hökuməti bu yolla hərəkət etdikcə və hər iki ölkənin iqtisadiyyatına və xalqına fayda verəcək gələcək ABŞ investisiyaları üçün şərait yaratdıca biz Azərbaycan hökuməti ilə işləməyi həvəslə gözləyirik", - deyə o qeyd edib. 

ABŞ nümayəndə heyəti iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AzPromo) direktoru Fuad Cəfərov və İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin administrasiya rəhbəri Şamil Suleymanlı ilə görüşüb. Heyət ayrıca Amerika biznes liderləri ilə də görüş keçirib.

OPIC Azərbaycana 11 mln. ABŞ dollarə sərmayə qoyub, 2013-cü ildə kənd və şəhər ərazilərində kreditlər verməsi üçün "TuranBank" ASC-nin  Kiçik və Orta Sahibkarlıq portfelinin genişləndirilməsinə 7,5 mln. dollar kredit verib. Həmin kreditlərin çoxu fermerlərə və kənd təsərrüfatına fayda verib. 

Son xəbərlər

Orphus sistemi